Paris Devid Bouinin xatirəsini yad edib

Paris Devid Bouinin xatirəsini yad edib Devid Bouinin ölümündən səkkiz il keçsə də, britaniyalı ifaçının çoxsaylı hitləri bu gün də səslənməkdə davam edir. Musiqiçi və müğənni 2016-cı il yanvarın 10-u 69 yaşında dünyadan köçüb. Eyni zamanda, Devid Boui Londondakı Kamden Musiqi Şöhrəti Xiyabanında ulduz alıb, 2025-ci ildə isə Britaniya paytaxtında artistə həsr olunan art-mərkəz yaradılacaq.
Paris də, öz növbəsində, rok-əfsanəyə lazımi qiymət verib.
“Artist ilə çoxdankı əlaqələrlə fəxr edərək, Paris şəhəri onun ölümündən 8 il sonra paytaxtın 13-cü dairəsində Devid Boui küçəsini açmaqla bu irsi davam etdirir”, - deyə şəhər administrasiyasının bəyanatında bildirilir.
Küçə rayonun irimiqyaslı yenidən planlaşdırılmasından sonra yaradılıb, təxminən “Jardin des Plantes” botanika bağı ilə Milli Kitabxana arasından keçir.
Bu təşəbbüs 2020-ci ildə Parisin 13-cü dairəsinin sabiq meri Jerom Kumeyə məxsusdur. Merin fikrincə, bütün karyerası boyunca Bouinin həm qastrolları, həm də “Miraval” studiyasında səsyazmaları ilə yanaşı, Fransa və onun paytaxtı ilə sıx əlaqəsi olub.
1965-ci ildə məhz Parisdə 18 yaşlı Boui ilk dəfə Böyük Britaniya hüdudlarından kənarda çıxış edib. Həmin il o, özünün “The Lower Third” qrupu ilə o dövrdə “rokun məbədi” hesab olunan “Golf-Drouot” meydanında konsert verib.

Tehsil-press.az



Oxşar xəbərlər