“VES Award” mükafatına namizədlərin adı açıqlanıb

“VES Award” mükafatına namizədlərin adı açıqlanıb Amerikanın Vizual Effektlər üzrə Mütəxəssislər Cəmiyyəti (VES) “VES Award” peşəkar mükafata namizədlərin adını elan edib.
Siyahıya “Oppengeymer”, “Hörümçək-adam: Kainatın hörümçək toru” və “Bizdən biriləri” filmlər daxildir.
“VES” mükafatı hər il qışda təqdim olunur və ötən təqvim ili üzrə vizual effektlər sahəsində ən yaxşı nailiyyətləri qeyd edir. Yeddi nominasiyası olan tammetrajlı filmlər arasında “Yaradan”, “Hörümçək-adam: Kainatın hörümçək toru”, altı nominasiyası olan epizodik filmlər arasında isə – “Bizdən biriləri” serialı yer alıb.
Qaliblər fevralın 21-də elan olunacaq.

Tehsil-press.az


Oxşar xəbərlər