Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlığın əsasları kafedrasında elmi seminar keçirilib.
Kafedranın memarlıq üzrə fəlsəfə doktoru dosent Fidan Mustafayeva “Qloballaşma mərhələsində olan iri şəhərlərdə dayanıqlı rekreasiya zonalarının təşkili” mövzusunda elmi məruzə ilə çıxış edib. O, qloballaşmış dünya şəhərlərinin inkişafı istiqamətində kəskin ehtiyac hiss edilən amillərin təyinatı probleminin tədqiqindən bəhs edib. Məruzəçi şəhərlərə müsbət təsir edən müasir həll yollarına dair təkliflər səsləndirib.
Bakının qloballaşma mərhələsində olduğuna diqqətə çatdıran Fidan Mustafayeva qabaqcıl şəhər infrastrukturuna malik olan Amsterdam, Tokio və Nyu-York şəhərlərindən real təcrübələri təqdim edib. Alim Bakının Gənclik və Nizami parklarında yaradılan inklüziv zonalardan danışıb və bildirib ki, bu cür zonaların digər parklarımızda da yaradılması labüddür.
Məruzəçi qeyd edib ki, iri şəhərlərdə rekreasiya zonaların dayanıqlılığının təmin olunması üçün “Ağıllı şəhər” konsepsiyasından istifadə vacibdir. Tədqiqatın nəticələrinə görə, “Ağıllı şəhər” konsepsiyasından istifadə dayanıqlılıqla yanaşı, komfortun yüksəlməsini təmin edə və yüklənmənin qarşısını ala bilər. Fidan Mustafayeva, Amsterdamın təcrübəsinə əsaslanaraq xüsusi olaraq qeyd edib ki, əgər kiçik və orta parklar yaşayış mərkəzlərinin yanında yerləşsə, Bakının mərkəz hissəsinin yüklənməsi xeyli azala bilər.
Seminarda AzMİU-nun memarlıq, layihələndirmə və şəhərsalma üzrə tədqiqatçı müəllimləri, alimləri iştirak ediblər.
Yekunda mövzu ilə bağlı fikir mübadiləsi aparılıb, məruzəçi tərəfindən tədqiqat işi ətrafında yaranan suallar cavablandırılıb.
Tehsil-press.az