İtaliya ilə Qazaxıstan arasında bir sıra sənədlər imzalanıb

İtaliya ilə Qazaxıstan arasında bir sıra sənədlər imzalanıb İtaliya Prezidenti Sercio Mattarella bu ölkədə rəsmi səfərdə olan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüşüb.
Görüşdə iki ölkə arasında münasibətlərin hazırki vəziyyəti, siyasi və iqtisadi əlaqələrə dair müzakirələr aparılıb.
İtaliyanın Baş naziri Ciorcia Meloni də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüş keçirib. Ciorcia Meloni İtaliya-Qazaxıstan münasibətlərinin yüksək səviyyədə olduğunu bildirib, ölkəsinin əlaqələrin inkişafına sadiqliyini ifadə edib. Görüş çərçivəsində ikitərəfli sənədlər imzalanıb.
Kasım-Jomart Tokayevin bu gün Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisklə görüşü nəzərdə tutulur.

Tehsil-press.az


Oxşar xəbərlər