2024-cü ildə İtaliya iqtisadiyyatının daha da yavaşlayacağı və inflyasiya səviyyəsinin artacağı gözlənilir.
Bu proqnozla İtaliya Mərkəzi Bankı çıxış edib. Bildirilir ki, ümumi daxili məhsul (ÜDM) istehsalı 2023-cü ildəki 0,7 faizlə müqayisədə bu il 0,6 faizə düşəcək. İnflyasiya səviyyəsinin 2 faizlik həddi keçəcəyi proqnozlaşdırılır.
Enerji və ərzaq məhsullarının qiymətindəki artım inflyasiya göstəricisinin yuxarı istiqamətli dəyişməsinə təsir göstərəcək.
Cari ildə İtaliya iqtisadiyyatının ən vacib məsələlərindən birinin yenə də maliyyələşmə olacağı, dövlət maliyyəsindəki qeyri-sabitliyin davam edəcəyi gözlənilir.
Tehsil-press.az