Avropada inflyasiya müxtəlif istiqamətlərdə hərəkət edir, Almaniyada yüksəlir, İspaniyada yenidən azalır. İyun ayında Almaniyada istehlak qiymətləri bir il əvvəl qeydə alınan məlumatlarla müqayisədə 6,8%, may ayı ilə müqayisədə 6,3% artıb.
"Avropanın ən böyük iqtisadiyyatında (Almaniyada) artım avro valyutasından istifadə edən 20 ölkənin bütün zonası üzrə inflyasiya məlumatlarının açıqlanmasından bir gün əvvəl baş verib. Avrozonada inflyasiya oktyabrda zirvə olan 10,6%-dən may ayında 6,1%-ə enib. Lakin bu, hələ də Avropa Mərkəzi Bankının təyin etdiyi 2%-lik hədəfdən xeyli yuxarıdır.
Faiz dərəcələrinin artırılması mərkəzi bankların inflyasiya ilə mübarizədə əsas alətidir. Eyni zamanda, azalan ərzaq və enerji inflyasiyası İspaniyanın istehlak qiymətləri indeksinin iyun ayında bir əvvəlki ilə nisbətən yalnız 1,6% artdığını, may ayındaki 2,9%-dən aşağı olduğunu göstərir", - məlumatda deyilib.
Tehsil-press.az