Yaponiyada inflyasiya son 41 ilin rekord həddinə çatıb

Yaponiyada inflyasiya son 41 ilin rekord həddinə çatıb Ötən il Yaponiyada əsas istehlak inflyasiyası 3,1 faiz təşkil edərək 41 illik rekord həddə çatıb.
Bu barədə məlumat Yaponiya İnzibati İşlər və Rabitə Nazirliyinin dərc etdiyi statistikada yer alıb.
Qeyd olunub ki, 2022-ci ildə inflyasiya 2,3 faiz təşkil edib. Ölkədə qiymət artımının əsas göstəricisi yanacağın maya dəyərini əhatə edir, tez xarab olan malların qiymətləri isə nəzərə alınmır. Çünki onların qiyməti həddindən artıq çox dəyişikliklərə məruz qalır. Məhz bu indeks əsasında Yaponiya Bankı inflyasiya hədəfini müəyyən edir. Bu mallar da daxil olmaqla, 2023-cü ildə Yaponiyada inflyasiya 3,2 faizə, tez xarab olan mallar və yanacaq istisna olmaqla, 4 faizə çatıb.

Tehsil-press.az


Oxşar xəbərlər