Bakı Dövlət Universiteti (BDU) alimlərinin əldə etdikləri elmi nəticələr patogen mikroblara qarşı mübarizədə istifadə oluna bilər.
BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Mikrobiologiya və virusologiya elmi-tədqiqat laboratoriyasının müdiri professor Xudaverdi Qənbərovun həmmüəllifi olduğu “Kolistinə resistentliyi qiymətləndirmək üçün Escherichia coli DH5-α ştamında mcr-1 və mcr-2 genlərinin klonlaşdırılmasında iştirak edən proteome dəyişiliklərin induksiyası” sərlövhəli məqalə həmin elmi nəticələrdən bəhs edir.
Tədqiqatlar nəticəsində müəyyən edilib ki, Escherichia coli DH5 bakteriya ştamında mcr-1 və mcr-2 genlərinin klonlaşdırılması hüceyrənin zülal tərkibini əhəmiyyətli dərəcədə dəyişdirir. Genlərin transformasiyası nəticəsində 8 zülalın ekspressiyası tormozlanıb və kolistin olan mühitdə 39 yeni zülalın yaranması müşahidə olunub. Qeyd olunub ki, hüceyrədə zülalların dəyişməsi kolistinə qarşı davamlılıqda mühüm rol oynayır. Alınan nəticələr bakteriyanın kolistinə qarşı davamlılıq mexanizmini aydınlaşdırmağa xidmət etməklə yanaşı, patogen mikroblara qarşı səmərəli mübarizədə antibiotiklərin seçici olaraq tətbiqinin vacib olduğunu göstərir.
Məqalə “Web of Sience” bazasında indekslənən jurnalda (“Journal of Global Antimicrobial Resistance”) dərc olunub.
Tehsil-press.az