Rektor İlham Mədətov imtahan sessiyasını izləyib

Rektor İlham Mədətov imtahan sessiyasını izləyib Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 2023/2024-cü tədris ilinin payız semestrinin qış imtahan sessiyası davam edir.
ATMU-nun rektoru İlham Mədətov və İmtahan Qərargahının üzvləri payız semestrinin qış imtahan sessiyasının gedişini izləyib, tələbələrə uğurlar arzulayıblar.
ATMU-da imtahanlarda bakalavriatura səviyyəsində 14 ixtisas üzrə 1651, magistratura səviyyəsində isə 11 ixtisaslaşma üzrə 451 tələbə iştirak edir. Sessiya zamanı üzrlü və üzrsüz səbəblərdən imtahanda iştirak etməyən təhsilalanlara həmin fənlərdən imtahan vermək üçün 2024-cü il fevralın 2-dən 15-dək şərait yaradılacaq.
Sessiyanın gedişinə operativ nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə İmtahan Qərargahı və Apellyasiya Komissiyası yaradılıb. Sessiya müddətində imtahanların gedişi ilə əlaqədar ərizə, təklif, o cümlədən Elm və Təhsil Nazirliyinin “Qaynar xətt”i vasitəsilə daxil olmuş şikayətlərin araşdırılması təmin ediləcək.

Tehsil-press.az


Oxşar xəbərlər