Azərbaycan Dillər Universitetində 2022/2023-cü tədris ilinin payız semestrinin qış imtahan sessiyasının başlanması ilə əlaqədar media-tur keçirilib.
Media-turda millət vəkilləri, təhsil ekspertləri, media nümayəndələri iştirak edib.
Qeyd olunub ki, yanvarın 5-dən Azərbaycan Dillər Universitetində 2022/2023-cü tədris ilinin payız semestrinin qış imtahan sessiyası başlayıb. İmtahanlar üç növbədə - bakalavriat səviyyəsi üzrə imtahanlar müxtəlif fakültələr üzrə saat 10:00-12:00, 13:00-dan -15:00-a dək, magistratura səviyyəsi üzrə imtahanlar saat 16:00-18:00-dək keçiriləcək. Bakalavriatura səviyyəsində 7 minə yaxın, magistratura səviyyəsində isə 586 tələbə imtahan verəcək.
Sessiya zamanı üzrlü və üzrsüz səbəblərdən imtahanda iştirak etməyən təhsilalanlara həmin fənlərdən imtahan vermək üçün 2023-cü ilin fevral ayının 6-dən 13-dək şərait yaradılacaq.
Sessiyanın gedişinə operativ nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə Operativ Qərargah və universitet üzrə Apelyasiya Komissiyası yaradılıb.
Komissiya sessiya müddətində imtahanların gedişi ilə əlaqədar ərizə, təklif və Təhsil Nazirliyinin "Qaynar xətt"i vasitəsilə daxil olmuş şikayətlərin araşdırılmasını təmin edəcək.
Sessiya fevralın 3-dək davam edəcək.
Tehsil-press.az