Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev qış imtahan sessiyasının gedişi ilə tanış olub.
E.Babayev müxtəlif korpuslarda imtahanları izləyib, tələbələrin sessiyanın təşkili ilə bağlı fikirlərini dinləyib. Rektor, eyni zamanda, imtahan suallarının tədris proqramına uyğunluğunu yoxlayıb, daha sonra imtahan nəzarətçiləri və müəllimlərə müvafiq tapşırıqlarını verib.
BDU-da qış imtahan sessiyası yanvarın 7-də başlanıb. İmtahanlar yazılı və şifahi olmaqla iki növbədə (saat 10:00-13:00 və 14:00-17:00) keçirilir.
Bakalavriatura səviyyəsində 937 qrup üzrə 20 mindən çox, magistratura səviyyəsində isə 235 ixtisaslaşma üzrə 2014 tələbə imtahan verir. Sessiyanın gedişinə operativ nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə İmtahan Qərargahı və Apellyasiya Komissiyası yaradılıb. Komissiya sessiya müddətində imtahanların gedişi ilə əlaqədar ərizə, təklif, Elm və Təhsil Nazirliyinin “Qaynar xətt”i vasitəsilə daxil olmuş şikayətlərin araşdırılmasını təmin edir.
Tehsil-press.az