Azərbaycan Dillər Universitetində 2022-2023-cü tədris ilinin payız semestrinin qış imtahan sessiyasının başlanması ilə əlaqədar mediatur keçirilib.
Media nümayəndələri ilə yanaşı, Milli Məclisin deputatları və təhsil ekspertləri də imtahanların gedişatı ilə tanış olublar.
Qeyd olunub ki, yanvarın 5-dən başlayan qış imtahan sessiyası üç növbədə keçirilir. Bakalavriat səviyyəsi üzrə imtahanlar müxtəlif fakültələr üzrə saat 10:00-12:00-da, 13:00-15:00-da, magistratura səviyyəsi üzrə imtahanlar saat 16:00-18:00-da baş tutur. Bakalavriatura səviyyəsində 7 minədək, magistratura səviyyəsində isə 586 tələbə imtahan verir.
Sessiya zamanı üzrlü və üzrsüz səbəblərdən imtahanda iştirak etməyən tələbələrə həmin fənlərdən imtahan vermək üçün 2023-cü ilin fevral ayının 6-dan 13-dək şərait yaradılacaq.
Sessiyanın gedişinə operativ nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə Operativ Qərargah və universitet üzrə Apellyasiya Komissiyası yaradılıb.
Komissiya sessiya müddətində imtahanların gedişi ilə əlaqədar ərizə, təklif və Təhsil Nazirliyinin "Qaynar xətt"i vasitəsilə daxil olmuş şikayətlərin araşdırılmasını təmin edəcək.
Sessiya fevralın 3-dək davam edəcək.
Tehsil-press.az