Səfir Bahrom Aşrafxanov: Özbəkistan ilə Azərbaycanın əlaqələri çox yüksək səviyyədədir

Səfir Bahrom Aşrafxanov: Özbəkistan ilə Azərbaycanın əlaqələri çox yüksək səviyyədədir Özbəkistan ilə Azərbaycanın əlaqələri çox yüksək səviyyədədir. Özbəkistan Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyib. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bu gün geniş bərpa, abadlıq və quruculuq tədbirləri həyata keçirilir. Bu tədbirlərə biz də öz töhfəmizi veririk.
Bu sözləri Özbəkistanın ölkəmizdəki səfiri Bahrom Aşrafxanov Azərbaycanda Özbəkistan elm və mədəniyyət günləri çərçivəsində Bakı Dövlət Universitetində keçirilən tədbirdə söyləyib.
Özbəkistan ilə Azərbaycanın elm, təhsil, mədəniyyət sahələrində əlaqələrindən danışan B.Aşrafxanov bu sahədə əməkdaşlığın daha da genişləndirilməsinin, birgə elmi tədqiqatların aparılmasının, layihələrin, təcrübə mübadiləsinin həyata keçirilməsinin önəmini vurğulayıb.

Tehsil-press.az


Oxşar xəbərlər