ABŞ-nin İordaniyadakı bazasına hücum zamanı xəsarət alan hərbçilərin sayı 34-ə çatıb.
Bu barədə məlumatı ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) yayıb.
Onlardan səkkizini İordaniyadan təxliyə etmək lazım gəlib. Yaralıların vəziyyəti stabil olaraq qiymətləndirilir.
Pentaqon yaralı sayının artacağını istisna etmir.
Xatırladaq ki, yanvarın 28-i İordaniyanın şimal-şərqində pilotsuz uçuş aparatı ilə ABŞ hərbi bazasına hücum edilib. Hadisə nəticəsində 3 amerikalı əsgər həlak olub.
Tehsil-press.az