AzTU-da müasir idarəetmə ilə bağlı interaktiv müzakirə təşkil olunub

AzTU-da müasir idarəetmə ilə bağlı interaktiv müzakirə təşkil olunub Azərbaycan Texniki Universitetinin (AzTU) dəstəyi və “Yola Davam: Birlik Platforması”nın təşkilatçılığı ilə “Müasir idarəetmə və yeni meyillər” mövzusunda interaktiv müzakirə keçirilib.
Interaktiv müzakirə Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, innovasiyalar üzrə mütəxəssis Şəbnəm Məmmədova və tələbələrin iştirakı ilə təşkil olunub.
Görüşdə Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 20 il ərzində idarəetmə sahəsində həyata keçirdiyi islahatlardan və gənclərin bu prosesdə iştirakından söhbət açılıb.
Spikerlər təcrübələrinə əsaslanan müasir idarəetmə metodlarından və bu istiqamətdə yeni yanaşmalardan da danışıblar.
“Yola Davam: Birlik Platforması” Azərbaycanda son 20 ildə aparılan islahatlar, ölkənin inkişaf transformasiyası və "Yola Davam" şüarı əsasında gələcəyə baxışı əks etdirən interaktiv müzakirələrin keçirildiyi platformadır.

Tehsil-press.az



Oxşar xəbərlər