AMEA-nın Rəyasət Heyəti və Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə müstəqil Azərbaycan dövlətinin güclənməsi, möhkəmlənməsi və inkişafında gəncliyin rolunun daha da artırılması, onların ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirakının təmin edilməsi məqsədilə 1996-cı il fevralın 2-də Azərbaycan gənclərinin birinci forumunun keçirildiyini xatırladıb. Akademik 1997-ci ildən etibarən həmin tarixin Ümummilli Liderin Sərəncamı ilə Gənclər Günü kimi qeyd olunduğunu söyləyib. Qeyd edib ki, həmin dövrdən etibarən gənclər beynəlxalq tədbirlərdə yaxından iştirak etməyə başladılar, dövlət idarəetməsində yuxarı vəzifələrə çəkildilər, Azərbaycanda müstəqil gənclər təşkilatları formalaşdı.
İsa Həbibbəyli Ulu Öndərin gənclərə göstərdiyi yüksək diqqət və qayğının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. O, azərbaycançılıq ideologiyasının işığında Prezidentinə, dövlətinə, xalqına sadiq təhsilli və vətənpərvər gəncliyin formalaşdığını söyləyib. Diqqətə çatdırıb ki, məhz həmin gəncliyin Vətən sevgisi nəticəsində 44 günlük müharibədə torpaqlarımız Müzəffər Ali Baş Komandanın liderliyi ilə düşmən işğalından azad edildi. Çoxəsrlik dövlətçilik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisində üçrəngli bayrağımız dalğalanır və Prezident İlham Əliyev də çıxışlarında onların xidmətlərini daim yüksək qiymətləndirir.
İ.Həbibbəyli AMEA-da gənclərin aktiv fəaliyyəti və onların stimullaşdırılması istiqamətində önəmli addımların atıldığını söyləyib, gənc alimlərin müxtəlif layihə və tədbirlərə, yay düşərgələrinə cəlb olunduqlarını, xarici ezamiyyətlərə göndərildiklərini bildirib. O, “Heydər Əliyev İli”ndə AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının yüksək fəallığı ilə seçildiyini, şuranın gənc üzvlərinin həm ölkəmizdə, həm də beynəlxalq arenada keçirilən tədbirlərdə Ulu Öndərin zəngin irsini təbliğ etdiklərini bildirib. Həmçinin gənc alimlərin stimullaşdırılması məqsədilə Akademiya mükafatının təsis olunduğunu, AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının təsisçiliyi ilə ildə 2 dəfə nəşr edilən “Gənc tədqiqatçı” jurnalının (1 nömrəsi ingilis dilində olmaqla) artıq 4 dəfə işıq üzü gördüyünü diqqətə çatdırıb.
Akademik İsa Həbibbəyli, həmçinin elmi məktəblər ənənəsinin davam etdirilməsi və yeni elmi nəsillərin formalaşdırılması məqsədilə doktorant və dissertantlara göstərilən diqqət və qayğının artırılmasının vacibliyini vurğulayıb.
Sonra ölkəmizdə elm sahəsində fəaliyyətinə görə fərqlənən Milli Aviasiya Akademiyasının müəllimi Rövşən Əhmədova “İlin qalib gənc alimi” və AMEA-nın ictimai həyatında fərqlənən bir sıra gənclərə isə “İlin gənc alimi” mükafatları təqdim olunub.
Tədbirdə AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri kimya üzrə fəlsəfə doktoru Elmir Babayev “Azərbaycan elmi gəncliyi: nailiyyətlər və perspektivlər” mövzusunda məruzə ilə çıxış edib. E.Babayev bildirib ki, ötən müddət ərzində Ulu Öndərin və Prezident İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğı, bu sahədə atılan addımlar, verilən qərarlar və imzalanan sərəncamlar sayəsində Azərbaycan gəncliyi ölkənin aparıcı qüvvəsinə çevrilib. O qeyd edib ki, həm AMEA-da, həm də respublikamızın müxtəlif elm və təhsil müəssisələrində çalışan gənclər ölkəmizi beynəlxalq arenalarda uğurla təmsil etməkdədirlər.
Milli Aviasiya Akademiyasının elmi işlər üzrə prorektoru AMEA-nın müxbir üzvü Afiq Həsənov isə çıxışında ölkəmizin gələcək inkişafı üçün yüksəkixtisaslı kadrların hazırlanmasının vacibliyini bildirib.
Tədbirdə, həmçinin Milli Aviasiya Akademiyasının müəllimi Rövşən Əhmədov, Tarix və Etnologiya İnstitutunun elmi işçisi Aynur Orucova, Şərqşünaslıq İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Elnur Mustafayev, AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun kiçik elmi işçisi Əli Tağıyev, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş laborantı Günel Əhmədova, AMEA-nın Gəncə Bölməsinin Humanitar Tədqiqatlar İnstitutunun kiçik elmi işçisi Vüqar Əhmədli və Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri Günel Məlikli çıxış ediblər. Çıxış edənlər ölkəmizdə və AMEA-da gənclərə göstərilən diqqətdən, onların inkişafı istiqamətində atılan addımlardan, həyata keçirilən layihələrdən danışıblar.
Tehsil-press.az