Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Gənclər Günü qeyd olunub

Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Gənclər Günü qeyd olunub AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə çıxış edən Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Əlövsət Quliyev ümummilli lider Heydər Əliyevin gənclər siyasətindən, ölkəmizdə gənc nəslə göstərilən diqqət və qayğıdan söz açıb. O, Gənclər Gününün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda qeyd olunduğunu söyləyib. Bildirilib ki, Ulu Öndərin gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan gənclərinin günümüzdə müasir, inkişaf etmiş, aparıcı qüvvə kimi formalaşmasında, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu var.
Əlövsət Quliyev gənclərin elmi fəaliyyətlərinin gücləndirilməsi, elmin təbliğində onların fəal iştirakını, perspektivlərinin artırılması kimi məsələləri xüsusilə vurğulayıb.
Tədbirdə çıxış edən institutun Həmkarlar Təşkilatı Komitəsinin sədri Məmməd Məmmədov institutun gənc əməkdaşlarını təbrik edib, onlara elmi fəaliyyətlərində uğurlar arzulayıb.
Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Tərlan Yelmarlı qeyd edib ki, Azərbaycan dəyərləri bugünkü gənclər üçün daim ən başlıca dəyərlərdir. Bu gün Azərbaycan gəncləri milli ruhda tərbiyə alır, dövlət maraqlarını, xalqımızın milli maraqlarını layiqincə qoruyurlar.
Sonda institutun elmi və ictimai fəaliyyətində fərqlənən bir qrup gənc təşəkkürnamə ilə təltif edilib.

Tehsil-press.az


Oxşar xəbərlər