Misirin əl-Əzhər Universitetində növbəti semestr üçün Azərbaycan dilinin tədrisinə başlanılıb.
Misirdə yaşayan soydaşımız, tədqiqatçı-alim Seymur Nəsirov AZƏRTAC-a bildirib ki, “Vətənpərvər” - Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyi əl-Əzhər Universitetində Azərbaycan dilinin tədrisini davam etdirir. Birliyin fəal üzvü İnarə Osmanova Azərbaycan dilini universitetin humanitar fənlər fakültəsinin birinci və ikinci kurslarında tələbələrə tədris edir. O, 2017-2018-ci tədris illərindən etibarən bu ali təhsil ocağında ana dilimizi tələbələrə könüllü olaraq öyrədir. Azərbaycan dili dərslərində universitet tələbələrinə ölkəmizin mədəniyyəti və müasir inkişafı haqqında da geniş məlumat verilir.
Azərbaycan dili dərslərində 200-ə yaxın tələbə iştirak edir. Dilimizi öyrənməyə böyük maraq göstərən gənclər onun incəliklərini, qrammatik qaydalarını daha yaxşı mənimsəmək üçün dərsdənkənar əlavə kursların təşkili ilə bağlı diaspor sədri Seymur Nəsirova müraciət ediblər. Bu müraciət əsasında tələbələr üçün Qahirədəki diaspor mərkəzində əlavə kurslar təşkil olunacaq.
Qeyd edək ki, Qahirədəki diaspor mərkəzinin nəzdindəki kurslarda Azərbaycan dili, muğam sənəti və digər fənlər üzrə 57 ölkədən 600-dən çox tələbə ödənişsiz əsasda təhsil alır.
Tehsil-press.az