“Vətənpərvər” Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyi Qahirə Universitetinin Ədəbiyyat fakültəsinin “Şərq dilləri” bölməsində Azərbaycan dilinin tədrisini bu il də davam etdirir. Azərbaycan dilini tələbələrə birliyin sədri, tədqiqatçı-alim Seymur Nəsirov tədris edir. Həmçinin gənclərə ölkəmizin zəngin mədəniyyəti, xalqımızın adət-ənənələri və Azərbaycan həqiqətləri ilə bağlı geniş məlumat verilir.
Universitetin 4-cü kursunda tədris olunan Azərbaycan dili dərslərində 350-dən çox tələbə iştirak edir. Dilimizi öyrənməyə böyük maraq göstərən gənclər onu daha yaxşı mənimsəmək üçün dərsdənkənar əlavə kursların təşkili ilə bağlı da müraciət ediblər. Birliyin sədri bunun üçün bütün imkanların olduğunu bildirərək, yaxın günlərdə Qahirədəki diaspor mərkəzində Azərbaycan dilini öyrənmək istəyən yeni tələbələr üçün əlavə kursların təşkil ediləcəyini söyləyib.
Ötən illər ərzində Qahirə Universitetində Azərbaycan dilini öyrənən bir qrup tələbə hazırda diaspor mərkəzində təhsilini davam etdirir. Onlar arasında Azərbaycan dilindən ərəb dilinə məqalələr tərcümə etmək səviyyəsində olanlar da var.
Bir neçə gün əvvəl Misirin Əl Əzhər Universitetində də Azərbaycan dilinin tədrisinə başlanılıb.
Tehsil-press.az