GDU-da seçilmiş ixtisaslarda mərkəzləşdirilmiş elektron idarəetmə sistemi tətbiq olunub

GDU-da seçilmiş ixtisaslarda mərkəzləşdirilmiş elektron idarəetmə sistemi tətbiq olunub Gəncə Dövlət Universitetində (GDU) elektron təhsil texnologiyalarının tətbiqinin genişləndirilməsi, təhsil sistemində idarəetmənin elektronlaşdırılması məqsədi ilə “EDUMAN” proqram təminatının tətbiqinə başlanılıb.
GDU-da seçilmiş ixtisaslarda tədrisin təşkili elektron formada həyata keçirilir. “EDUMAN” sistemində universitetdə çalışan bütün əməkdaşlara və tələbələrə aid elektron məlumat bazası, şəxsi kabinetlər formalaşdırılıb, ixtisaslara aid tədris planları və sillabuslar sistemə daxil edilib. Həmçinin fənn üzrə qruplar yaradılıb, elektron cədvəllər tərtib olunaraq elektron jurnallar aktivləşdirilib. Eləcə də tədrisin elektron idarə edilməsində iştirak edən professor-müəllim heyəti üçün təlimlər təşkil olunub, təlimatlar hazırlanaraq universitetin rəsmi internet saytına yerləşdirilib, auditoriyalar kompüterlə təmin edilib.
Qeyd edək ki, hər bir fakültə üzrə bir ixtisas seçilib və bu ixtisasın I-III kurslarında dərslər cədvələ uyğun olaraq elektron idarəetmə sistemi ilə keçirilir.

Tehsil-press.az



Oxşar xəbərlər