Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunda Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunan tədbir keçirilib.
Tədbiri açan baş direktor akademik Arif Həşimov builki anım gününün ötən illərə nisbətən fərqli olduğunu söyləyib. O, Ulu Öndər Heydər Əliyevin hakimiyyəti illərində Xocalı soyqırımına siyasi qiymət verildiyini xatırladıb. İşğaldan azad edilmiş torpaqlarda kütləvi məzarlıqların aşkar olunduğunu deyən A.Həşimov gələcəkdə bu məzarlıqlar öyrənildikdə hadisələrə daha doğru qiymət veriləcəyini bildirib. İnstitutun baş direktoru Azərbaycan Prezidentinin uğurlu siyasəti nəticəsində ordumuzun düşmən üzərində qələbəsindən ətraflı danışıb.
Tədbirdə çıxış edən professor Adilə Abasova Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyevin məqsədyönlü daxili və xarici siyasət nəticəsində torpaqlarımızın azad olunmasından, bu torpaqlarda aparılan bərpa işlərindən, Xankəndində təşkil olunan paraddan və s. bəhs edib.
Tehsil-press.az