Fizika İnstitutunda 8 Noyabr - Zəfər Günü qeyd edilib

Fizika İnstitutunda 8 Noyabr - Zəfər Günü qeyd edilib Fizika İnstitutunda 8 Noyabr - Zəfər Günü münasibətilə tədbir keçirilib.
Tədbiri açan baş direktor akademik Arif Həşimov noyabrın 8-nin Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını söyləyib. A.Həşimov Prezident İlham Əliyevin apardığı siyasət və igid əsgərlərimizin göstərdiyi şücaət nəticəsində 30 illik torpaq həsrətimizə son qoyulduğunu qeyd edib. Akademik çıxışında bu qələbənin Azərbaycan üçün yeni dönəmin başlanğıcı olduğunu vurğulayıb. Ali Baş Komandanın göstərişi ilə işğaldan azad olunmuş torpaqlarda yenidənqurma işləri aparıldığını deyən akademik Zəngilan rayonundakı “Ağıllı kənd” layihəsinin bu işlərin bariz nümunəsi olduğunu vurğulayıb.
Tədbir fizika üzrə fəlsəfə doktoru Afət Kərimovun çıxışı ilə davam edib. O bildirib ki, 30 ildən sonra Azərbaycan torpaqlarının işğaldan azad olunması tarixi hadisədir. Hər bir Azərbaycan vətəndaşının borcudur ki, igidlərin qanı bahasına alınmış torpaqları qorusun, bu anı heç vaxt unutmasın.
Daha sonra fizika elmləri doktoru Rəhim Ələkbərov çıxışında Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ali sərkərdəliyi ilə qazanılmış tarixi qələbədən danışıb. Bildirib ki, Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi Azərbaycan xalqının qəlbində daima yaşayacaq.
Tədbirdə, həmçinin institutun Həmkarlar Komitəsinin sədri, fizika üzrə fəlsəfə doktoru Sitarə Bağırova, fizika üzrə fəlsəfə doktorları Kamil Qurbanov, Lalə Əliyeva, Şəfəq Əhədzadə, Eldar Həsənov İkinci Qarabağ müharibəsində əsgərlərimizin göstərdiyi şücaətdən bəhs ediblər.

Tehsil-press.az



Oxşar xəbərlər