Ekspert: “Xarici xüsusi xidmət orqanlarında çalışanlar var ki, təhsillə bağlı neqativləri toplayır və...”
Son günlər Azərbaycan məktəblərində baş verən qanunsuzluqları əks etdirən video və audioyazıların ard-arda ictimailəşdirilməsi diqqəti yenidən təhsil sektoruna yönəldib.
Məlumatlı şəxslərdən biri sayta deyib ki, Azərbaycan məktəblərində baş vermiş özbaşınalıqları əks etdirən videogörüntülər birdən ortaya çıxmayıb. Onun sözlərinə görə, hadisə xüsusi ictimai əhəmiyyət kəsb etsə də, əslində məsələnin mahiyyətində siyasi motivlər dayanır. "Mənbənin dediyinə görə, məlum videogörüntülərin ortaya çıxması hakimiyyətdaxili mübarizənin nəticəsidir və məqsəd Elm və Təhsil Nazirliyinin mövcud rəhbərliyini cəmiyyət arasında nüfuzdan salmaq və onların mövqelərini zəiflətməkdir".
Məlumatlı şəxs fikrini əsaslandırmaq üçün diqqəti məlum videogörüntülərin çəkildiyi tarixə yönəldib. Bildirib ki, bütövlükdə ölkə təhsilindəki acınacaqlı vəziyyəti əks etdirən sözügedən görüntülərin çoxu əvvəlki dövrə aiddir: “İqtidar daxilində Emin Əmrullayevə rəğbət bəsləməyən, onun hakim komandadan uzaqlaşmasını ürəkdən arzulayan adamlar var. Son vaxtlar ard-arda yayılan videogörüntülər onların "əl işi"dir. Bu videolar prezident seçkisindən əvvəl çəkilib. Hakimiyyətdəki rəqibləri prezident seçkisindən sonra Emin Əmrullayevin postu ilə vidalaşacığını düşünsələr də, onların proqnozu doğrulmadı. Bundan sonra "düyməyə basıldı"". Sonda mənbə sayta Azərbaycan məktəblərində hökm sürən acınacaqlı durumu əks etdirən videogörüntülərin qarşıdakı günlərdə də ortaya çıxacağını istisna etməyib.
Fazil Mustafa
Milli Məclisin deputatı Fazil Mustafa dedi ki, bu məsələ ilə bağlı müəyyən izlər axtarmaq olar: “Sanki kimlərsə bunu məqsədli şəkildə edir. Amma real vəziyyət budur ki, məktəblərdə doğrudan da ciddi problemlər var. Bunların həlli istiqamətində addımlar atılmır. Neqativ proseslər də diqqət mərkəzinə gəlir. Bu da səbəbsiz deyil. Nə qədər neqativ videolar paylaşıla bilər, amma real vəziyyət də xoşagələn deyil. Bu bəhanə həm də iz itirmə bəhanəsidir. Sanki gözəl işləyirlər, bunlara kənardan kimsə mane olur. Gözəl işlərin müəyyən nəticələri olmalıdır. Məktəb elə bir yerdir ki, burada heç nəyi gizlətmək mümkün deyil. Müəllimlərin əksər hissəsi bu cür təyinatlardan gileylənirlər. Sertifikasiyanın özü ciddi bir problemdir. Bəlkə də yaxşı niyyətlə hansısa ölkənin təcrübəsini gətirib tətbiq etmək istəyirlər. Amma bunun savadlı formada edildiyini düşünmürəm. Ola bilsin ki, kimlərsə hakimiyyət daxilində məqsədyönlü addımlar ata bilər. Bir var pozitiv olanı gözdən salmağa çalışasan, bir də var gözdən düşmüş vəziyyətdə olanların nüfuzunu aşağı salasan. Məncə, təhsil məsələsinə daha ciddi yanaşılmalıdır, müzakirə olunmalıdır. Bizdə ən geriləyən sahə təhsildir. Normal universitet, ibtidai məktəb modeli yaratmayınca, məktəbəqədər təhsil modeli yaratmayınca, danışmaq mənasızdır. Üstəlik, bağçaları da Elm və Təhsil Nazirliyinə verdik. Bağçadan ali məktəbə qədər sistemli bir təhsil və təlim verən bir məktəb modelini arzuladığımız şəkildə qurmağı bacarmalıyıq. Əgər bunu etməsək, gələcəyimiz xoşagəlməyən səviyyədə ola bilər. Əgər hansısa faktlar varsa ki, qəsdən nazirliyə qarşı videolar çəkilib yayılır, bunları da ifşa etmək lazımdır”.
Kamran Əsədov
Təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, hazırda ölkənin 4432 orta məktəbində 1.6 milyon şagird təhsil alır. Həmçinin Azərbaycanın orta ümumtəhsil və peşə müəssisələrində 70 mindən çox təhsil alan var: "Bizim ali və orta məktəblərimizdə dərs deyənlərimizin sayı 220 mindən çoxdur. Bu rəqəmlər onu deyir ki, təhsil ölkədə özünü ən çox birləşdirən bir sahədir. Bu gün hər gün təhsil prosesində 2 milyondan çox insan iştirak edir. Əlbəttə, burada hər bir hadisənin baş verməsini gözləmək mümkündür. Təhsil ona görə hər kəsin danışa bildiyi bir sahədir ki, hər kəs bu prosesin içərisindədir. Ölkənin bütün sahələrində xidmət sektorlarında neqativ hallar hər gün baş verə bilir. Təhsil isə hər birindən fərqli olaraq insanları formalaşdıran bir sahədir. Müəllimlik ona görə müqəddəsdir ki, onlar heç nədən nə isə yaradırlar. Təbii ki, burada qüsurlar olacaq. Çünki təhsil alanlar və təhsil verənlər eyni deyil. Azərbaycan təhsil sistemi ilk dəfədir ki, problemləri görür, bilir və bunu etiraf edir. Etiraf edək ki, ilk dəfə olaraq elm və təhsil naziri Emin Əmrullayev müəlliminin, direktorunun problemini deyir. Bununla bağlı iş də görür. Mən yenə də deyirəm, təhsil sistemində çatışmazlıqlar var, bunun səbəbi bizim təhsilə yanaşmamızla bağlıdır. Ölkənin təhsilinin səviyyəsi və vəziyyəti insanların intellektual səviyyəsindən artıq deyil. Bizim cəmiyyətimiz nədirsə, təhsilimiz də odur. Çünki təhsil prosesinin iştirakçıları elə cəmiyyətin üzvləridir. Onlar ailədən çıxan şəxslərdir. Bu ailədə böyüyənlərdir. Əlbəttə, onlar evdə nə görürlərsə, gördüklərini məktəblərdə tətbiq edirlər. Bilirsiniz, təhsil sistemində şagirdlərin iştirakı ilə neqativlər pandemiyadan sonra daha da artmağa başladı. Bunun səbəbi odur ki, onlayn şəkildə dərslərin təşkili üçün uşaqlara telefon, kompüter verdik. Amma verdiyimizi yoxlamadıq. Onlar həmin resurslarda öz yaşlarına uyğun olmayan, psixologiyalarına uyğun olmayan informasiyalar aldılar, videolar izlədilər. Orada gördükləri, qadağan olunan hərəkətləri məktəblərdə tətbiq etməyə başladılar. Son dövr baş verən hadisələrə baxaq, hamısı hansısa xarici seriallarda baş verən eyni hallardır. Əlbəttə, biz məktəblərdə şəxsiyyət yetişdiririk, amma etiraf edək ki, bizim o istiqamətdə problemlərimiz var. Çünki məktəbdə şagirdlə işləmək üçün vaxt, bir resurs yoxdur. Şagirdlər hər gün dərslərə gəlirlər, dərslərdə fənləri öyrənirlər və çıxıb gedirlər. Müəllimin şagirdlə işləməsi üçün vaxtı yoxdur. Şagirdlər dərs prosesində ancaq dərs alıb gedirlər. Ona görə də bu cür hadisələrin baş verməsi qaçılmazdır, bu olacaq da".
Ekspert əlavə etdi ki, hansısa mərkəz var, təhsil sahəsində neqativ informasiyaları toplayır: “Özü də bunu ödənişli əsaslarla edirlər, həmin mərkəz müəyyən vaxtlarda Elm və Təhsil Nazirliyinə təzyiq etməkdən ötrü o məlumatları mediaya, sosial şəbəkələrə ötürür. Elm və Təhsil Nazirliyindən istədiyini ala bilməyən şəxslər bu addımları atırlar. Bunu edənlərin məqsədi odur ki, nazirliyə təsir göstərib, özlərinin hansısa xahişlərini yerinə yetirə bilsinlər. Bu faktları ortaya çıxaranların məqsədi heç də təhsildə uğurlu nəticəyə nail olmaq deyil. Amma bu da effektiv olmur. Çünki Emin Əmrullayev yeganə nazirdir ki, bu neqativləri özü deyir. Problemləri inkar etmir. Azərbaycanda son illər təhsilin təşkilatlanması ilə bağlı işlər görə bilirik. Kadr islahatlarından tutmuş normativ hüquqi aktlara qədər dəyişikliklər ciddi şəkildə var. Fikrimcə, kimlərsə Emin müəllimin işdən azad olunmasında maraqlıdır. Amma bunun özünü doğrultma ehtimalı yoxdur. Ölkə başçısı da bütün olanları görür. Dövlətçiliyə xidmət var. Elm və Təhsil Nazirliyi dövlətçiliyə yaxından xidmət edir. Bəziləri təhsil sahəsində neqativlərin olmasında maraqlıdır. Hətta xarici xüsusi orqanlarda çalışırlar, ölkədə sosial, iqtisadi, siyasi vəziyyətlə bağlı müəyyən məlumatlar çatdırırlar”.
Tehsil-press.az