Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Gənclər Fondunun maliyyə dəstəyi ilə “Düşüncə” Gənclərin İnkişafına Dəstək İctimai Birliyi tərəfindən həyata keçirilən “Gənc tədqiqatçılar üçün elmi data bazalar haqqında seminarlar” layihəsi çərçivəsində “Gənc tədqiqatçılar üçün IMRAD modeli” mövzusunda seminar başlayıb.
Elm və innovasiyalar üzrə prorektor Asəf Zamanov gənc tədqiqatçıların elmi araşdırma aparmaq və məqalə yazmaq bacarıqlarına yiyələnmələrinin zəruriliyini, bu bacarıqların formalaşdırılmasında maarifləndirici seminarların əhəmiyyətini vurğulayıb.
Daha sonra ekspert Sevinc Ədilovanın təqdimatında “IMRAD modeli nədir?”, “IMRAD modelindən istifadə qaydaları” və “Məqalələrin tərtibatında IMRAD modelinin üstünlükləri” mövzularında iştirakçılar üçün təlimlərə start verilib.
Qeyd edək ki, ikigünlük təlimi uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olunacaq.
Tehsil-press.az