Naxçıvan Dövlət Universitetində Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyinə həsr olunmuş universiada keçirilib Universitetdə idmanın inkişafına göstərilən dövlət qayğısından danışan
rektor bildirib ki, ali təhsil ocağında idmanın kütləviliyinə diqqət yetirilir. Hər il universitetdə təqvim planına uyğun tələbələrin “Universiadası” keçirilir.
Rektor İdman kompleksinin yenidən təmir olunmasını, yeni idman ixtisaslarının əlavə olunmasını muxtar respublikada idmana göstərilən yüksək dövlət qayğısının bariz nümunəsi kimi dəyərləndirib. Bildirilib ki, həmçinin idman sahəsinə aid müxtəlif metodik vəsaitlər hazırlanır, idmançı kadrlar yetişdirilir. Elbrus İsayev vurğulayıb ki, XV Universiada yarışlarında idmançı tələbələrlə yanaşı, həmçinin qeyri-
ixtisasdan olan tələbələr də yer alıb. Rektor universiadada mübariz aparacaq komandalara uğurlar arzulayıb.
Tədbirdə Bədən tərbiyəsi kafedrasının dosenti, İdman klubunun sədri Məmmədəli Rəhimov bildirib ki, universitetdə davamlı olaraq iki ildən bir
universiadalar təşkil edilir. Həmçinin vurğulanıb ki, universiada basketbol, voleybol, tennis, stolüstü tennis və digər müxtəlif idman növlərindən ibarət olacaq. Sonra fakültələr arası voleybol yarışına start verilib.
Tehsil-press.az