Türkiyə Ukraynanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini təkrarlayıb.
Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin Rusiyanın Krımda qanunsuz referendum keçirməsinin 10-cu ildönümü ilə bağlı bəyanatında deyilir.
“Rusiya Federasiyasının 2014-cü il martın 16-da keçirilən qeyri-legitim referendumla Ukrayna Krım Muxtar Respublikasını ilhaq etməsindən 10 il ötür. Bir daha bəyan edirik ki, beynəlxalq hüququn pozulması olan bu faktiki vəziyyəti tanımırıq, Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyimizi vurğulayırıq”, - bəyanatda bildirilir.
Rəsmi Ankara Türkiyənin Krımdakı hadisələrin inkişafını, xüsusilə yarımadanın əsas tərkib hissələrindən biri olan və prioritet gündəmdə qalan Krım tatarları ilə bağlı durumu diqqətlə izlədiyini qeyd edib.
Tehsil-press.az