Konqo Milli Neft Korporasiyasının prezidenti Bakı Ali Neft Məktəbində olub

Konqo Milli Neft Korporasiyasının prezidenti Bakı Ali Neft Məktəbində olub Konqo Respublikasının Milli Neft Korporasiyasının prezidenti Raul Ominganın rəhbərlik etdiyi nümayəndə heyəti SOCAR-ın Bakı Ali Neft Məktəbində olub.

Öncə Ali Məktəbin kampusunu gəzən qonaqlara burada yaradılan modern tədris şəraiti və tədqiqat mühiti ilə bağlı ətraflı məlumat verilib.Təhsil sahəsində əməkdaşlığın vacibliyinə toxunan rektor qeyd edib ki, Bakı Ali Neft Məktəbinin məzunları SOCAR-ın və ölkənin müxtəlif sənaye müəssisələrində, eyni zamanda transmilli şirkətlərdə çalışırlar. Bu il ölkə üzrə Prezident təqaüdünə layiq görülən 102 nəfərdən 29-u Bakı Ali Neft Məktəbinin tələbəsidir.

Görüşdə konqolu tələbələrin Bakı Ali Neft Məktəbində təhsil almaları müzakirə olunub. Rektor Elmar Qasımov Bakı Ali Neft Məktəbinin mütəxəssislərinin Konqo Respublikasının Milli Neft Korporasiyasının əməkdaşlarına onlayn formatda təlimlər keçməsini təklif edib.

Konqo Respublikasının Milli Neft Korporasiyasının prezidenti Raul Ominga Bakı Ali Neft Məktəbində yaradılan şəraiti və qazanılan uğurları yüksək qiymətləndirib.

Tehsil-press.az

Oxşar xəbərlər