Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunun Nanopolimer kompozitlər laboratoriyasının müdiri kimya elmləri doktoru, dosent Nüşabə Qurbanova və laboratoriyanın böyük elmi işçisi, kimya üzrə fəlsəfə doktoru Türkan Quliyevanın həmmüəllifi olduqları “Metaltərkibli polimer nanokompozitlər” adlı kitab nəşr olunub. Monoqrafiyanın elmi redaktoru AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor Bəxtiyar Məmmədovdur.
Kitab metaltərkibli nanohissəciklərin və metaltərkibli polimer nanokompozitlərin alınması, xassələri və tədqiqinə həsr olunub. Kitabda müxtəlif sənaye polimerləri və polimer matrisində stabilləşdirilmiş metal oksidləri əsasında nanokompozitlərin alınması, quruluş və xassələrinin tədqiqi haqqında geniş məlumat verilib. Metaltərkibli polimer nanokompozitlər və onların mikroelektronika, aviasiya, tibb, cihazqayırma, su təmizləyici qurğuların hazırlanması və digər sahələrdə tətbiqi imkanlarından bəhs edən vəsait ali təhsil müəssisələrinin müəllimləri, tələbələr, magistr, doktorant, dissertant və materialşünaslıq üzrə elmi tədqiqatçılar üçün nəzərdə tutulub.
271 səhifə və 5 fəsildən ibarət olan monoqrafiya institutun Elmi şurasının qərarına əsasən ADNSU nəşriyyatında çap olunub.
Tehsil-press.az