İrəvan Bakı ilə razılaşmanı dayandırdı - Kremldən Qərb açıqlaması

İrəvan Bakı ilə razılaşmanı dayandırdı - Kremldən Qərb açıqlaması Qərb bu hərəkəti ilə Ermənistan-Azərbaycan normallaşmasının fundamental əsasını təşkil edən nəqliyyat və iqtisadi əlaqələrin qurulması, sərhədlərin delimitasiyası, sülh müqaviləsinin hazırlanmasının qarşısını almağa cəhd edir.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Ermənistan-ABŞ-Aİ formatında yüksək səviyyəli görüşü ilə bağlı bəyanatında deyilir.

Bəyanatda qeyd olunub ki, Qərb Ermənistanı Cənubi Qafqazda son dərəcə təhlükəli planlarının həyata keçirilməsi üçün alətə çevirmək istəyir. "Biz bilirik ki, Vaşinqton və Brüssel müvəqqəti vədlər altında Ermənistanın KTMT və Aİİ-dən çıxmasına, Rusiya hərbi bazası və sərhədçilərinin çıxarılmasına can atırlar.

Biz İrəvan rəhbərliyini Qərbin özünü aldatmasına və ölkəni təhlükəsizlik boşluğunun yaranması, iqtisadiyyatda ciddi problemlər və əhalinin xaricə axını ilə dolu olan yanlış yola yönəltməsinə imkan verməməyə çağırırıq", - RF XİN-in bəyanatında deyilir.

O da bildirilir ki, məhz Vaşinqton və Brüsselin təzyiqi ilə rəsmi İrəvan Bakı ilə əldə olunan razılaşmaların icrasını dayandırdı: "Tərəflər xüsusən də qarşılıqlı nəqliyyat blokadasının aradan qaldırılması məsələsində tərəflər qarşılıqlı məqbul həll yollarına yaxın idi.

Biz kənar oyunçuları bu razılaşmalara hörmətlə yanaşmağa, rəsmi İrəvanı isə öz xarici siyasət xəttini qurarkən qonşu dövlətlərin narahatlığını nəzərə almağa çağırırıq”.

Tehsil-press.az

Oxşar xəbərlər