Rusiyanın Bakını hövsələdən çıxaran bəyanatı - Tam mətn

Rusiyanın Bakını hövsələdən çıxaran bəyanatı - Tam mətn 2022-ci ilin oktyabrında və 2023-cü ilin mayında Avropa Birliyinin himayəsi ilə keçirilən sammitlərdə Ermənistan Dağlıq Qarabağı Azərbaycan ərazisinin bir hissəsi kimi tanıyıb. Biz Ermənistan rəhbərliyinin suveren qərarına hörmətlə yanaşırıq, lakin bu, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il sazişinin imzalandığı 9 (10) noyabr bəyanatı fundamental şərtləri, eləcə də bölgədə yerləşən Rusiya sülhməramlı qoşunlarının vəziyyətini kökündən dəyişdi.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilib.
“Hesab edirik ki, bu şəraitdə Qarabağın erməni əhalisinin taleyi üçün məsuliyyət üçüncü ölkələrin üzərinə atılmamalıdır. Əvvəllər əldə edilmiş razılaşmalar əsasında Bakı ilə İrəvan arasında dərhal sülh müqaviləsinin hazırlanmasına başlamaq lazımdır.
Biz ondan çıxış edirik ki, bu sazişin tərkib hissəsi Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin etibarlı və aydın təminatları olmalıdır, habelə Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli sazişlərin bütün bəndləri, o cümlədən nəqliyyat kommunikasiyalarının açılması və Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi yerinə yetirilməlidir.
Yuxarıda göstərilənləri nəzərə alaraq, Rusiya tərəfi beynəlxalq ictimaiyyətin Dağlıq Qarabağın normal həyatının bərpasına yönəlmiş səylərinə fəal töhfə verməyə hazır olduğunu bir daha təsdiq edir. Biz yaxın vaxtlarda Moskvada yüksək səviyyəli razılaşmaların həyata keçirilməsi yollarını, o cümlədən sülh müqaviləsinin razılaşdırılması mövzusunu müzakirə etmək, ardınca sənədin imzalanması üçün Moskvada Rusiya-Azərbaycan-Ermənistan sammiti keçirmək üçün xarici işlər nazirlərinin üçtərəfli görüşünü təşkil etməyə hazırıq.
Bu gün Dağlıq Qarabağ ətrafında vəziyyətin neqativ ssenaridə inkişaf etməsi narahatlıq doğurur. Ərazidə humanitar böhran getdikcə dərinləşir. Yerli əhali ərzaq, dərman, ilkin tələbat mallarının kəskin çatışmazlığını yaşayır, elektrik enerjisi və qaz təchizatından praktiki olaraq məhrumdur. Bunun ən dramatik nəticələri Qarabağ erməniləri, bölgə sakinləri üçün ola bilər.
Biz Azərbaycan rəhbərliyini Laçın dəhlizinin blokunun dərhal açılması, bununla da hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin maneəsiz hərəkətinin, eləcə də rayonun enerji təchizatının bərpası üçün təcili tədbirlər görməyə çağırırıq”, - deyə XİN-in bəyanatında deyilir.
Qeyd edək ki, Azərbaycan XİN bu bəyanatı qəbuledilməz adlandırıb.

Tehsil-press.az



Oxşar xəbərlər