Ötən gün Kooperasiya Universitetinin bağlanması ilə bağlı informasiyalar yayılmağa başladı.
Belə ki, universitetdə yoxlamalar aparıldığı və bu zaman ciddi pozuntuların aşkarlanması səbəbilə fəaliyyətinin dayandırıldığı qeyd olunur.
Məsələ ilə bağlı Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Etibar Əliyev münasibət bildirib.
Deputat bildirib ki, yayılan xəbərlər həqiqəti əks etdirmir:
"Zaman-zaman universitetlərin fəaliyyəti haqqında bəzən yalan məlumatlar yayırlar. Müşahidə edirik ki, heç bir fakta söykənmədən və qanunlara əsaslanmadan universitetlərin bağlanması, yaxud da ali məktəb rəhbərlərinin dəyişməsi barədə iddialar səsləndirirlər. Düşünürəm ki, Kooperasiya Universiteti ilə bağlı söylənilən fikirlərdə elə bu qəbildəndir.
Rəhbərliyin açıqlaması tanış oldum. Onlar konkret olaraq bildirirlər ki, ali təhsil müəssisəsinə heç bir xəbərdarlıq olunmayıb və burada yoxlamalar aparılmayıb.
Universitetlər yalnız lisenziyası dayandırıldıqda və yaxud akkreditasiyadan keçmədiyi halda fəaliyyətlərinə son qoyulur. Rəhbərliyin açıqlamasında görünür ki, burada heç bir akkreditasiya keçirilməyib və onlar bildiriblər ki, universitetin bağlanması yalandır. Hesab edirəm ki, Kooperasiya Universiteti bağlanması indiki şəraitdə qeyri-mümkün olan bir məsələdir".
Həmsöhbətimiz belə yalnış məlumatların yayılmasında insanları ehtiyatlı olmağa çağırıb:
"Milli Məclisin Elm və təhsil komitəsinin üzvü kimi yenicə özünə "Təhsil eksperti" statusu qazandırmağa çalışan şəxslərə də demək istəyirəm ki, bu məsələdə ehtiyatlı olsunlar. Çünki universitetin kollektivi, tələbə və müəllim heyəti var. Bütün bunlar gərgin vəziyyətə yol açır. Kooperasiya Universiteti fəaliyyətini davam etdirir və hesab edirəm ki, etdirməyə davam edəcək".
Tehsil-press.az