5 may 2017-ci il tarixində Türkiyənin Antalya Akdəniz Universitetinin rəhbər əməkdaşlarından ibarət nümayəndə heyəti Azərbaycan Kooperasiya Universitetində gələcəkdə qarşılıqlı əməkdaşlıq yaratmaq məqsədilə görüşdə oldular. Kooperasiya Universitetinin Elmi işlər üzrə prorektoru, professor Bəyalı Ataşov qonaqları salamlayaraq bildirdi ki, Azərbaycan Kooperasiya Universiteti daim beynəlxalq əlaqələrin inkişafına böyük maraq göstərir, xüsusilə də, Türkiyə Respublikasının ali təhsil ocaqları ilə Kooperasiya Universitetinin sıx əlaqələri mövcuddur. Azərbaycan Kooperasiya Universitetinin beynəlxalq əlaqələri haqqında bunları qeyd etmək olar ki, universitet MDB ölkələri Kooperasiya ali təhsil müəssisələri, eləcə də ABŞ, AFR, Türkiyə, Baltikyanı ölkələrin ali məktəbləri ilə sıx əməkdaşlıq edir.
Universitetin qardaş Türkiyə, Rusiya, Belarus, Ukrayna, Moldova, Latviya, Litva, Estoniya, Gürcüstan və digər ölkələrin ali təhsil müəssisələri ilə müəllim-tələbə mübadiləsi haqqında müqavilə öhdəlikləri vardır.
Sonra Antalya Akdəniz Universitetinin Baş katibi Alim Turan, Strateji araşdırmalar və maliyyə departamentinin rəhbəri Ləvənd Erkəkli və İnşaat bölməsi rəhbəri xanım Özləm Türkər Akdəniz Universiteti haqqında geniş məlumatlar verdilər. Qonaqlar bildirdilər ki, onlar Azərbaycan Kooperasiya Universiteti ilə əməkdaşlıq etməkdə çox maraqlıdırlar. Qeyd olundu ki, Kooperasiya Universiteti ilə bakalavr, magistr və doktorantura səviyyələri üzrə təhsil alan tələbələrin, eyni zamanda tədrisi təşkil edən müəllimlərin mübadiləsi üçün gələcəkdə əməkdaşlıq müqaviləsinin bağlanması çox məqsədəuyğundur.