Azərbaycan Kooperasiya Universitetində 2016-2017-ci tədris ili üzrə son hesabat iclası keçirildi

Azərbaycan Kooperasiya Universitetində 2016-2017-ci tədris ili üzrə son hesabat iclası keçirildi 30 iyun 2017-ci il tarixində Azərbaycan Kooperasiya Universiteti Tələbə Gənclər Təşkilatının "İdarəetmə şurası"nın 2016-2017-ci tədris ili üzrə son hesabat iclası keçirilmişdir. İclası giriş sözü ilə açan AKU TGT-nin sədri, universitetin mətbuat katibi Tamerlan Əkbərov il ərzində görülən işlərdən danışmış və idarəetmə şurasının üzvlərinə göstərdikləri uğurlu fəaliyyətlərinə görə öz təşəkkürünü bildirmişdir. Eyni zamanda, əldə olunan uğurlar, keçirilən tədbirlər haqqında məlumat verərək, bu ilin TGT üçün uğurlu il olduğunu bildirmişdir. Sonra fakültələr üzrə TGT sədrləri il ərzində gördükləri işlər barəsində hesabatla çıxış etmişlər. Fakültə TGT sədrlərinin hesabatlarından sonra bir qrup fəal üzvlərə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzovun imzası ilə Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən keçirilən tədbirlərdə yaxından iştirakına, Azərbaycan Kooperasiya Universiteti Tələbə Gənclər Təşkilatının işinin təşkilindəki xidmətlərinə və təhsilində fərqləndiyinə görə fəxri fərmanlar təqdim olunmuşdur. Təltif olunan bütün üzvlərimizi təbrik edirik!

AKU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər