Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə 22 aprel - Beynəlxalq Yer Günü münasibətilə çiçəkəkmə aksiyası keçirilib.
Çiçəkəkmə aksiyasında Tələbə Həmkarlar İttifaqı Komitəsi, Tələbə Gənclər Təşkilatının üzvləri, BDU könüllüləri, müxtəlif fakültələrin tələbələri iştirak ediblər.
Aksiyada 500-dək gül əkilib. Aksiyanın məqsədi ətraf mühitin qorunmasına kömək etmək, ekoloji tərbiyəni gücləndirmək və təbiətə töhfə verməkdir.
Qeyd edək ki, Beynəlxalq Yer Günü ilk dəfə 1970-ci ildə qeyd olunub. Hazırda dünyanın 190-dan çox ölkəsi bu günü qeyd edir.
Tehsil-press.az