M.V. LOMONOSOV ADINA MOSKVA DÖVLƏT UNİVERSİTETİNİN TƏLƏBƏLƏRİ TƏCRÜBƏ KEÇİRLƏR

M.V. LOMONOSOV ADINA MOSKVA DÖVLƏT UNİVERSİTETİNİN TƏLƏBƏLƏRİ TƏCRÜBƏ KEÇİRLƏR Fizika İnsitutunda M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının tələbələri istehsalat təcrübəsinə başlayıblar. Fizika fakültəsinin III kurs tələbələri təcrübənin ilk günündə laboratoriya rəhbəri, fizika-riyaziyyat elmləri doktoru İmaməddin Əmiraslanovun “Qeyri-mümkün kristallar. Kvazikristallar nədir?” mövzusunda məruzəsini dinləyiblər. Məruzəçi ilk olaraq mövzunun aktuallığından, kristalların yaranma tarixindən bərk cisimlərin xassələrindən danışıb. İ.Əmiraslanov kristalların strukturlarının öyrənilməsi, onların yaradılması üçün istifadə olunan texnologiyalardan, amorf və kristallik strukturlar və onları fərqləndirən fiziki cəhətlərdən söhbət açıb. O, kristal və amorf halından fərqli kvazikristal halı haqqında da ətraflı məlumat verib. Penrose torları, Monotile (Einstein) anlayışlarının kristalloqrafiya problemlərinin həllində əhəmiyyətini vurğulayıb.

Sonda mövzu ətrafında müzakirələr aparılıb, tələbələri maraqlandıran suallar cavablandırılıb.

M.V. LOMONOSOV ADINA MOSKVA DÖVLƏT UNİVERSİTETİNİN TƏLƏBƏLƏRİ TƏCRÜBƏ KEÇİRLƏR
M.V. LOMONOSOV ADINA MOSKVA DÖVLƏT UNİVERSİTETİNİN TƏLƏBƏLƏRİ TƏCRÜBƏ KEÇİRLƏR
M.V. LOMONOSOV ADINA MOSKVA DÖVLƏT UNİVERSİTETİNİN TƏLƏBƏLƏRİ TƏCRÜBƏ KEÇİRLƏR


Tehsil-press.az

Oxşar xəbərlər