ATU-də təşkil edilən "GreenTech" Startap və Yaşıl Texnologiyalar" müsabiqəsində 11 universitetin tələbələri qalib gəlib

ATU-də təşkil edilən Yarışda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), Xəzər Universiteti və Azərbaycan Texniki Universiteti (AzTU) tələbələrinin birgə ərsəyə gətirdiyi “Sand cleaner”, Azərbaycan Texnologiya Universiteti (ATU) tələbələrinin “İnno way”, Bakı Ali Neft Məktəbi (BANM) tələbələrinin “Ekoloji cəhətdən təmiz innovasiya: Pet”, Mingəçevir Dövlət Universiteti (MDU) tələbələrinin “Bio clean”, Milli Aviasiya Akademiyası (MAA) tələbələrinin “Ağıllı yanğın aşkarlama və müdaxilə” layihələri yarışda I yerə layiq görülüb.

II yerin qalibləri “Wine robot” layihəsi ilə Gəncə Dövlət Universitetinin (GDU), "Kənd təsərrüfatı tullantılarının təkrar emalı" layihəsi ilə MDU-nun, “Təbii sərvətlərin səmərəli istifadəsi və Qarabağın dirçəlişi layihəsi ilə” AzTU-nun, “Agrobot” layihəsi ilə Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU), “e-yerli.az” layihəsi ilə Bakı Biznes Universitetinin (BBU) tələbələri olub.

III yerdə isə Qərbi Kaspi Universiteti tələbələrinin “Aguaponics” və "Plastik səki daşları" layihələri, Xəzər Universiteti tələbələrinin “Ecoway”, ADNSU, AzTU və Xəzər Universiteti tələbələrinin birgə hazırladığı “Agro helper”, MAA tələbələrinin “Radioaktiv mühitin təyini”, startapları qərarlaşıb.

Tehsil-press.az

Oxşar xəbərlər