İlin ən gənc startap layihəsi Bakı Ali Neft Məktəbinin tələbələrinin layihəsi oldu

İlin ən gənc startap layihəsi Bakı Ali Neft Məktəbinin tələbələrinin layihəsi oldu Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri İqtisadiyyat Nazirliyinin keçirdiyi Azərbaycanda sənayenin və sahibkarlığın inkişafına həsr olunan tədbirdə iştirak ediblər. Tədbirdə Ali Neft Məktəbinin tələbələrinin müəllifi olduqları məşhur “ThermoNorth” layihəsi “İlin ən gənc startap layihəsi” elan edilib. Layihəni hazırlayan eyniadlı komandanın kapitanı, BANM-in V kurs tələbəsi Elmar Əsgərzadə iqtisadiyyat naziri Şahin Mustafayev tərəfindən xüsusi plaketlə təltif olunub.
Qeyd edək ki, BANM-in tələbələrinin müəllifləri olduqları “ThermoNorth” layihəsinin əsas məqsədi soyuq iqlimi olan ölkələrdə maşın mühərrikini sərt hava şəraitinin təsirlərindən qorumaq üçün enerji saxlayan maddə istehsal etməkdir.

BANM-nin Mətbuat Xidməti



Oxşar xəbərlər