2024-cü ilin mayın 3-də Mingəçevir Dövlət Universiteti (MDU) və Mingəçevir şəhər İcra Hakimiyyətinin (ŞİH) birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan “Heydər Əliyev müasir Azərbaycanın xilaskarı və qurucusudur” mövzusunda Respublika elmi konfransı işə başlayıb.
Əvvəlcə, Ulu Öndərin MDU-nun inzibati binasındakı abidəsi önünə gül dəstələri düzülüb.
Konfrans Ümummilli liderimiz Heydər Əliyevin və qəhrəman şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Konfransın açılışında iştirakçıları salamlayan MDU-nun rektoru Şahin Bayramov dahi şəxsiyyətə həsr olunmuş respublika miqyaslı elmi tədbirin önəmindən bəhs edib. Qeyd edib ki, müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında və inkişafında fədakar, misilsiz və əvəzsiz xidmətləri olmuş Heydər Əliyev kimi tarixi şəxsiyyətin zəngin irsini hərtərəfli öyrənmək, araşdırmaq, gənc nəslə ötürmək və geniş ictimaiyyət arasında təbliğ etmək hər bir vətəndaşın, xüsusilə də təhsil işçilərinin əsas və şərəfli vəzifələrindəndir. Hazırda yeni dövrün universitetinə çevrilməyi hədəfləyən, yüksəkixtisaslı mütəxəssis və layiqli vətəndaş hazırlamaq missiyasını reallaşdırmağa çalışan MDU bu vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışır.
Ümummilli liderin 101 illiyinə həsr olunan elmi tədbirə böyük maraq göstərildiyini bildirən rektor ümumilikdə konfransa 33 ali təhsil və elmi tədqiqat müəssisəsindən 240-dan artıq məqalənin daxil olduğunu diqqətə çatdırıb. O, konfransın təşkilində dəstəyi və əməyi olanlara təşəkkürünü bildirib və iştirakçılara uğurlar arzulayıb.
Açılış nitqindən sonra plenar iclasın məruzələri dinlənilib.
Mingəçevir ŞİH-nin başçısı İlham İsmayılov “Heydər Əliyev - Azərbaycanın dövlət müstəqilliyini əbədiləşdirən dahi”, Azərbaycan Respublikası Milli Məclisinin Sədrinin birinci müavini, deputat Əli Hüseynli “Heydər Əliyev - Azərbaycan xalqının əsl milli azadlıq və müstəqillik ideyasının banisi”, MDU-nun rektoru Ş.Bayramov "Azərbaycanda dayanıqlı inkişafın əsaslarının formalaşmasında Heydər Əliyevin xidmətləri”, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birinci vitse-prezidenti v.i.e., akademik Arif Həşimov "Heydər Əliyev və Azərbaycan elminin inkişafı”, AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov “Heydər Əliyev və milli-mənəvi dəyərlər”, “AzərEnerji” ASC-nin Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunun direktor müavini, dosent Aytək Babayeva “Heydər Əliyev - innovativ texnologiyaların Azərbaycan Enerji sistemində tətbiqi bazasının qurucusudur” və YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev “Azərbaycançılıq məfkurəsinin inkişafında Heydər Əliyev irsi" mövzunda məruzələrlə çıxış ediblər.
Məruzələrdə Azərbaycan xalqının xilaskarı Hеуdər Əliуеvin ölkəmizin müstəqilliуi və hərtərəfli tərəqqisi naminə yürütdüyü məqsədyönlü, uzaqgörən daxili və xarici siyasətindən, demokratik və hüquqi dövlət quruculuğu yolunda həyata keçirdiyi titanik fəaliyyətlərindən, ictimai-siyasi sabitliyin təmin olunması və dinamik inkişaf yoluna qədəm qoyulması istiqamətində müstəsna xidmətlərindən danışılıb, dünya siyasətinə verdiyi töhfələrdən bəhs edilib.
Sonra konfrans 9 bölmə iclası ilə işini davam etdirib. “Heydər Əliyev siyasi liderliyin nümunəsidir”, “Müstəqil Azərbaycanın iqtisadi inkişafında Heydər Əliyevin tarixi xidmətləri”, “Heydər Əliyev irsi gənclər üçün tükənməz xəzinədir”, “Heydər Əliyev və milli-mənəvi dəyərlər”, “Heydər Əliyev: elm və təhsilin böyük himayədarı”, “Heydər Əliyevin mədəniyyətə, ədəbiyyata və dilçiliyə qayğısı” adlı bölmələrdə müvafiq mövzularda məruzələr dinlənilib. Böyük maraqla qarşılanan məruzələr ətrafında müzakirələr aparılıb.
Konfransın işi mayın 4-də yekunlaşacaq.
Qeyd edək ki, Mingəçevirdə Ümummilli Lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və təbliğinə xüsusi önəm verilir və bu məqsədlə müxtəlif formatlı tədbirlərin təşkili diqqət mərkəzində saxlanılır.
Tehsil-press.az