Rühəngiz Musəvi: “İkinci ərimdən mənə ev qalıb” - VİDEO

Rühəngiz Musəvi: “İkinci ərimdən mənə ev qalıb” - VİDEO “İkinci ərimdən mənə ev qalıb. Hazırda o evdə yaşayıram”.

Bu sözləri Əməkdar artist Rühəngiz Musəvi qonaq olduğu “Həftənin qonağı” verilişində deyib.

Sənətçi bildirib ki, səs-küy səhhətinə mənfi təsir etdiyinə görə artıq toylara getmir:

“Toylara getmirəm və xoşlamıram. Məni məclislərə dəvət edirlər. Çox zaman deyirəm ki, başım ağrayır, təzyiqim var və gələ bilməyəcəyəm.

40 ildir toylarda oldum. İndi keçirilən bu hay-küylü toylara getmək istəmirəm. Çox nadir hallarda gedirəm o da yalnız tanıdığım ailələrin məclislərinə. Mənə belə xoşdur. İstəyirəm insanlar məni yalnız efirlərdə görsünlər”.

R. Musəvi gəlirindən də söz açıb. O vurğulayıb ki, təqaüd, gizli saxladığı gəlir yeri ona bəs edir:

“Fəxri adım var – “Əməkdar artist”. Onun pulunu alıram. Əlavə gəlirim də var. Şükür Allaha! Mənə bəs edir... Ağıllı insanam. Toylara gedəndə arxaya lazımı qədər pul atmışam. Pandemiya zamanı bir çox müğənnilər çalışmadı və pulsuz qaldıqlarını söylədilər. Bəs niyə o pulu arxaya atmırlar?

Yaxşı ki, zamanında nələrsə etdim. Bir sözlə, dar günüm üçün pulum var. Mənə aylıq 500 manat bəs edir”.



Tehsil-press.az

Oxşar xəbərlər