Avropada dəhşətli savaş BAŞLAYIR - Bu ərazilərdə müharibə ŞİDDƏTLƏNƏCƏK - "Bütün cəbhələr məhv olacaq"

Avropada dəhşətli savaş BAŞLAYIR - Bu ərazilərdə müharibə ŞİDDƏTLƏNƏCƏK - Rusiya Avropanı vurmaq üçün uyğun anı gözləyir. Avropanın xüsusi xidmət orqanlarından biri Rusiyanın 2025-ci ilin qışında Avropaya hücum edə biləcəyini irəli sürür.

Kəşfiyyat xidmətinin məlumatına görə, Rusiyanın mümkün təcavüzü ABŞ-ın daimi lidersiz qaldığı bir vaxtda baş verə bilər və siyasi dəyişikliklərə görə Amerikanın Avropa ölkələrinə yardımı gecikə bilər. Söhbət ABŞ-ın hazırkı prezidentinin 2024-cü il noyabrın əvvəlində getməsi ilə onun potensial varisinin 2025-ci ilin yanvarında vəzifəyə gəlməsi arasındakı vaxt intervalından gedir.

Kəşfiyyat rəsmiləri hesab edirlər ki, Rusiya hakimiyyəti keçmiş prezident Donald Trampın mümkün qayıdışına arxalana bilər, çünki onun hakimiyyəti dövründə “hər şey ola bilər”. Ümumi olaraq Qərb cəbhəsində vəziyyət günü-gündən daha da gərginləşir. Ötən gün Ukrayna Ordusu Rusiyanın Belqorod şəhərinə raket zərbəsi endirib. Şors küçəsində raket zərbəsinə məruz qalan onmərtəbəli binanın bir girişi tamamilə çöküb.

Belqorodda binanın uçması nəticəsində bir-neçə nəfərin cəsədi dağıntılar altından çıxarılıb. Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bununla da dağıntılar altından ümumilikdə 14 cəsəd çıxarılıb.

Bəs bu savaşın getdikcə gərginləşən fonunda Rusiya Avropaya qarşı nüvə silahına əl ata bilərmi?

Məsələ ilə bağlı danışan politoloq Tofiq Abbasov Referans.az-a bildirib ki, əslində Rusiyanın Avropa ilə savaşı çoxda başlayıb:

“Çünki biz görürük ki, Avropa nə drəcədə manipulyasiyalardan istifadə edərək Ukranyanı gah ruhlandırır, gah ona dəstək verir, gah da yardım paketləri hazırlayır. Lakin onlar Rusiyanın da davranışlarına və taktikasına yaxşı bələddirlər. Faktiki olaraq burada Avropanın əsas məqsədi Rusiyanı zəiflədib, çətin vəziyyətə salmaqdır. Məsələ burasındadır ki, birincisi Ukraynanı bu bəlaya salan qüvvələr heç də Ukraynanı düşünmürlər. Çünki onlar yaxşı bilirlər ki, Ukrayna heç vaxt bu savaşda təşəbbüsü ələ alaraq, öz torpaqlarını azad edə bilməyəcək”.

Politoloq qeyd edib ki, Rusiyanın Ukrayna ilə müqayisədə tükənməz imkanları var və buna görə də çalışırlar ki, bu savaş ocağı sönməsin və Rusiyanın az da olsa zəifləməsindən Qərb öz məqsədləri üçün istifadə etsin: “Dünyanın ən yaxşı analitikləri bu savaşın ilk vaxtlarında bildrimişdi ki, Ukrayna nə qədər tez danışıqlar masasına otursa, o qədər çox qazancaq. İndi hər bir halda Ukraynanın hakim dairələri görürlər ki, indi guya bunlara dəstək göstərənlər var”.

Tofiq Abbasov əlavə edib ki, zaman Ukraynanın əleyhinə işləyir və bir müddətdən sonra onların vəziyyəti həqiqətən çox kritik olacaq. Çünki ilk növbədə onların canlı qüvvəsi artıq tükənir. Ukrayna manevr edərək Rusiyaya ağır zərbə endirmək istəyir, amma bu heç də asan məsələ deyil.

Siyasi şərhçi Asif Nərimanlı Referans.az-a açıqlamasında deyib ki, Rusiya-Ukrayna müharibəsinin sonu nə olursa olsun, sonda iki tərəfdən heç biri qazanmayacaq:

“Ukraynaya bu qədər yardım olursa, deməli Qərbin bu müharibədən öz xeyrinə hər hansısa bir gözləntisi var. Amerika tamamilə Rusiyanın bu savaşdan məğlub şəkildə çıxmasını istəmir. Amerikanın gələcək planlarındakı hədəfində Çinin olduğunu nəzərə alsaq, bu coğrafiyada Rusiya hələ də ona lazımdır. Sadəcə hazırda Rusiyanın zəiflməsi və böyük itkilərlə bu savaşdan çıxması Qərbə daha çox lazımdır”.

Asif Nərimanlı qeyd edib ki, Qərb Ukraynanın nə dərəcədə qalib gəlməsini istəyir və ya istəmir bunun özü də müəmmalı bir mövzudur. Onun sözlərinə görə, bu müharibənin sonu necə bitirsə bitsin, bütün savaşlarda olduğu kimi tərəflər masa arxasında əyləşib razılığa gəlməlidir: “Rusiyanın məğlub olacağını düşünürlərsə, bu mümkün deyil. Hər halda indiyə qədər Rusiyaya tətbiq olunan iqtisadi sanksiyalar görürük ki, heç bir nəticə vermədi. Artıq Rusiya ordusunun Xarkov istiqamətində irəlilədiyi ilə bağlı informasiyalar yayılır. Xarkov strateji yerlərdən biridir və oranı ələ keçirmək çox şeyi dəyişir. Qərbin dəstəyi çox ola bilər, amma Ukrayna hara qədər dözəcək? Bu bir az müəmmalıdır".

Tehsil-press.az

Oxşar xəbərlər