Naxçıvan Dövlət Universiteti ilə Azərbaycan Milli Konservatoriyası arasındakı nümunəvi əməkdaşlıq əlaqələri mədəniyyət və incəsənət sahəsində öz bəhrəsini göstərir

Naxçıvan Dövlət Universiteti ilə Azərbaycan Milli Konservatoriyası arasındakı nümunəvi əməkdaşlıq əlaqələri mədəniyyət və incəsənət sahəsində öz bəhrəsini göstərir Naxçıvan Dövlət Universiteti və Azərbaycan Milli Konservatoriyası arasında yaradılan səmərəli əməkdaşlıq münasibətlərinin nəticəsi olaraq Azərbaycan Milli Konservatoriyasının professor-müəllim heyəti Naxçıvan Dövlət Universitetində ustad dərsləri keçiblər.

Ustad dərslərində Azərbaycan Respublikasının Xalq artisti, Şöhrət və Şərəf ordenli, professor Mənsum İbrahimov, Əməkdar artist Təyyar Bayramov, Xalq artisti Elçin Həşimov, Əməkdar artist Elnur Əhmədov, Əməkdar artist Kamran Kərimov Naxçıvan Dövlət Universitetinin və NDU-nun Musiqi Kollecinin tələbələrinə ustad dərsi keçərək, öz tövsiyələrini çatdırıblar.

Tehsil-press.az

Oxşar xəbərlər