Görkəmli tarzən, Xalq artisti Ramiz Quliyev Bakı Xoreoqrafiya Akademiyasında tələbələrə ustad dərsi keçib.
Ustad dərsində BXA-nın tədris işləri üzrə prorektoru, rektor vəzifəsini müvəqqəti icra edən Əməkdar artist Nailə Məmmədzadə, İncəsənət fakültəsinin dekanı Sənan Hüseynli, orta ixtisas təhsili pilləsinin direktoru Tahir Eynullayev, BXA-nın elmi katibi Həbibə Məmmədova, Tədris şöbəsinin müdiri Yeganə Tapdıqova, akademiyanın müəllim-tələbə heyəti və Bakı Musiqi Akademiyasının (BMA) əməkdaşları iştirak ediblər.
Nailə Məmmədzadə görkəmli Azərbaycan musiqiçisi Ramiz Quliyevi akademiyada görməkdən məmnun olduğunu bildirib, görkəmli tarzənin Azərbaycan mədəniyyətindəki rolundan danışıb.
Sonra BMA-nın elmi işlər üzrə prorektoru professor Gülnaz Abdullazadə, professor Rafiq Sadıxov, Xalq artisti Zümrüd Məmmədova, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əhsən Əhmədov. dosent Rauf Bəhmənli və digər çıxış edənlər Ramiz Quliyevin yaradıcılığından söz açıblar.
Ustad dərsində Ramiz Quliyev BXA-nın tələbələri ilə birgə musiqi alətində musiqi nömrələri ifa edərək, onlara tövsiyə və iradlarını bildirib. O, Azərbaycan klassik muğamları olan “Zabil segahı”, “Şur”, “Bayatı-Şiraz”, “Bayatı-Kürd” və “Şikəsteyi fars”da giriş hissəsini təşkil edən müqəddimə formalarından olan bərdaştı necə ifa etməyin incəliklərini əyani şəkildə göstərib.
Ramiz Quliyev tələbələrə tövsiyələri zamanı tarın incə xüsusiyyətlərindən bəhs edib, alətin düzgün köklənməsini, mizrab və trellərin doğru vurulmasının vacibliyini vurğulayıb.
Tədbirdə Ramiz Quliyevin Azərbaycan Xalq Çalğı Alətləri Ansamblında tarda müşayiət etdiyi musiqi nömrələri videoçarx şəklində nümayiş olunub.
Sonda Ramiz Quliyev dəvət üçün akademiyanın rəhbərliyinə minnətdarlığını bildirib.
Tehsil-press.az