2024-cü il mayın 27-də Mingəçevir Dövlət Universitetində (MDU) 28 May Müstəqillik Gününə həsr olunmuş “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir” mövzusunda elmi konfrans keçirilib.
Universitetin Humanitar fənlər kafedrasının təşkilatçılığı ilə keçirilən tədbirdə MDU-nun akademik və inzibati heyət üzvləri, tələbə və magistrantlar iştirak edib.
Əvvəlcə, Vətənin müstəqilliyi və azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib,
MDU-nun Humanitar fənlər kafedrasının müdiri Esmira Cəfərova giriş sözü ilə çıxış edərək Müstəqillik Günü münasibəti ilə tədbir iştirakçılarını təbrik edib. O, bu əlamətdar tarixi günün Azərbaycan xalqının həyatına böyük və əhəmiyyətli hadisə kimi daxil olduğunu bildirib. E.Cəfərova şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, həmin dövrdə həyata keçirilən tədbirlərin müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb.
Sonra konfransın proqramına uyğun olaraq məruzələr dinlənilib. MDU alimləri Nizami Zeynalov “Azərbaycan tarixinin parlaq səhifəsi – 28 May: müsəlman Şərqində ilk dünyəvi demokratik dövlətin yarandığı gün”, Aygün Qədirova “Müasir Azərbaycan Respublikası müstəqillik tariximizin şah əsəridir”, Flora Namazova “Prezident İlham Əliyev: müstəqillik, uğur və qələbə simvolu” və Pərvin Hüseynova “Ədəbi müstəqilliyimizin təminatçısı: Müstəqillik Günü” mövzularında çıxış edərək, Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən, onu yaradan görkəmli şəxsiyyətlərin mübarizəsindən, cümhuriyyət dövründə görülən mühüm işlərdən bəhs ediblər.
Tədbirin yekununda mövzu ilə bağlı videoçarx nümayiş etdirilib.
Qeyd edək ki, 28 May Müstəqillik Günü ilə əlaqədar olaraq MDU-da silsilə tədbirlər keçirilir.
Tehsil-press.az