2024-cü ilin fevralın 21-də Mingəçevir Dövlət Universitetində (MDU) “Beynəlxalq Ana Dili Günü”nə həsr olunmuş "Ana dilimiz: millətimizin varlığı və qürur mənbəyimiz" mövzusunda elmi seminar keçirilib.
MDU-nun Humanitar fənlər kafedrasının təşkilatçılığı ilə keçirilən seminarda universitetinin bir qrup professor-müəllim heyəti üzvləri, tələbə və magistrantlar iştirak edib.
Tədbiri giriş sözü ilə açan Humanitar fənlər kafedrasının müdiri, dosent Esmira Cəfərova “Beynəlxalq Ana Dili Günü” münasibətilə iştirakçıları təbrik edib, beynəlxalq səviyyədə qeyd edilən bu günün əhəmiyyətindən söhbət açıb. Ümummilli lider Heydər Əliyevin Azərbaycan dilinin inkişafında göstərdiyi misilsiz xidmətlərdən bəhs edən kafedra müdiri hazırda ana dilimizin qorunması və zənginləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirilməsinin dövlətin daim diqqət mərkəzində olduğunu bildirib.
Açılış nitqindən sonra seminarın proqramına uyğun olaraq məruzələr dinlənilib.
MDU-nun Humanitar fənlər kafedrasının əməkdaşlarından Pərvin Hüseynova “Dilimiz xalqımızın milli sərvətidir”, Səadət Ağakişiyeva “Ümummilli Lider Heydər Əliyev və dil siyasətinin uğurları”, Rahilə Məmmədova “Dil milli ruhun daşıyıcısı kimi” və Çinarə Yolçubəyli “Ağamusa Axundov və Azərbaycan dilçiliyi” mövzusunda məruzələrlə çıxış ediblər.
Təqdim edilən məruzələr iştirakçılar tərəfindən maraqla qarşılanıb, mövzu çərçivəsində müzakirələr aparılıb.
Tehsil-press.az