SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilmiş Tələbə və Gənc Tədqiqatçıların V Beynəlxalq Elmi Konfranslarının bağlanışı və qaliblərin mükafatlandırılması mərasimi keçirilib.
Elmi konfransların beş ildir beynəlxalq səviyyədə təşkil edildiyini deyən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov konfransın işini yüksək dəyərləndirib. Eləcə də təqdim olunan tezislər barədə təqdimat edib. Bildirib ki, builki konfranslara ümumilikdə 517 tezis göndərilib, onlardan 384-ü qəbul edilib. Habelə 55 müəssisədən tezis daxil olub ki, bu da konfransın yüksək səviyyədə keçdiyini göstərir. Rektor gənclərin elmi-tədqiqatlara istiqamətləndirilməsi və elmi fəaliyyətə təşviq edilməsinin önəmini də vurğulayıb.
Sonra Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə heyətinin sədri Tural Əhmədov, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Əminağa Sadıqov, SOCAR-ın İnsan Kapitalının İnkişafı və Funksional Mükəmməllik Departamentinin rəis müavini Tural Məmmədov, Elm və Təhsil Nazirliyinin Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov çıxış ediblər. BANM-də ənənəvi olaraq keçirilən bu elmi konfransların gənclərin elmi-tədqiqata marağının artması baxımından vacibliyini vurğulayıblar.
Daha sonra “Dayanıqlı Kimya və Kimya mühəndisliyinə doğru”, “İNFOTECH 2024” və “Neft-qaz geologiyası və mühəndisliyi” mövzuları üzrə qaliblər müəyyənləşib.
Bakı Ali Neft Məktəbi, Neft-Kimya Prosesləri İnstitutu, Kataliz və Qeyri-üzvi Kimya İnstitutu, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Xəzər Universiteti, Azərbaycan Texniki Universiteti, İnformasiya Texnologiyaları İnstitutu, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi, Geologiya və Geofizika İnstitutu, Bakı Dövlət Universiteti, eləcə də İzmir Katib Çələbi Universiteti (Türkiyə), Almetyevsk Dövlət Neft İnstitutu (Rusiya) və Kral Fəhd Neft və Minerallar Universitetinin (Səudiyyə Ərəbistanı) qalib olan tələbələri və gənc tədqiqatçıları mükafatlandırılıb.
Xatırladaq ki, qiymətləndirmə müxtəlif sənayə müəssisələrindən olan münsiflər heyəti tərəfindən edilib.
Konfranslarda BANM-in tərəfdaşları “SOCAR Midstream”, “SOCAR Upstream”, “SOCAR Downstream”, “SOCAR Polymer”, “SOCAR AQŞ”, “Emerson”, “ABB”, “Maire Tecnimont Group”, “Caspian Innovation Center” və “Azərbaycan Beynəlxalq Bankı” şirkətləri olub.
Tehsil-press.az