SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Tələbə və Gənc Tədqiqatçıların IV Beynəlxalq Elmi konfranslarının açılış mərasimi keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və “Heydər Əliyev - Dahi şəxsiyyət” filminin nümayişi ilə başlanıb.
Tədbiri açan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib ki, Ulu Öndərin adı ilə bağlı olan bu elmi konfransları təşkil etmək qürurvericidir: “Bildiyiniz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2023-cü il “Heydər Əliyev İli” elan edilib və Ulu Öndərin 100 illik yubileyi ən yüksək səviyyədə qeyd olunur. SOCAR-ın prezidenti Rövşən Nəcəf buna uyğun olaraq müvafiq tədbirlər planı təsdiqləyib. Bu gün ali məktəbimizdə keçirilən Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Tələbə və Gənc Tədqiqatçıların IV Beynəlxalq Elmi konfransları da bu plana uyğun olaraq reallaşır. Gənc alimlərin yetişdirilməsi və onlara dəstək olmaq bizim ali məktəbin önəmli missiyalarındandır. Bu konfranslara elmin inkişafı üçün təkan olacaq platforma kimi baxırıq və əminik ki, elmin gəncləşməsində böyük rol oynayacaq”.
Konfransların Azərbaycan elmi üçün böyük töhfə olduğunu qeyd edən rektor bildirib ki, hazırda BANM-in doktorantları, həmçinin bir neçə müəllimi bir vaxtlar bu elmi konfranslarda iştirak edib və artıq beynəlxalq səviyyədə elmi araşdırmalar aparırlar.
Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti İradə Hüseynova vurğulayıb ki, konfransın mövzuları aktuallığı ilə seçilir və dayanıqlığa xidmət edən sahələri əhatə edir.
Elm və Təhsil Nazirliyinin akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru akademik Vaqif Abbasov çıxışında Bakı Ali Neft Məktəbində keçirilən elmi konfransların əhəmiyyətinə toxunub, bu konfransların gənclərin elmə marağının artmasında rolu olduğunu qeyd edib.
Elm və Təhsil Nazirliyinin Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov bildirib ki, Bakı Ali Neft Məktəbində elmin inkişafına töhfə verəcək bu cür tədbirlərin keçirilməsi təqdirəlayiqdir.
Tədbirdə çıxış edən SOCAR-ın “Caspian Innovation Center” (Xəzər İnnovasiya Mərkəzi) şirkətinin Baş əməliyyat direktoru, həmçinin BANM-in müəllimi və doktorantı Orxan Quliyev gənc alimlərə tövsiyələrini verərək, təcrübələrini bölüşüb.
Qeyd edək ki, Tələbə və Gənc Tədqiqatçıların IV Beynəlxalq Elmi konfransları “Neft-qaz geologiyası və mühəndisliyi”, “Rəqəmsal Transformasiya-2023”, "Dayanıqlı Kimya və Kimya mühəndisliyinə doğru: Daha yaxşı bir dünya qurmaq üçün yeniliklər" mövzularını əhatə edir. Bu il konfranslara ümumilikdə 343 tezis qəbul olunub. Onun 184-ü Bakı Ali Neft Məktəbinin tələbə və tədqiqatçıları tərəfindən təqdim edilib.
Konfransa Azərbaycan universitetləri ilə yanaşı, Almaniyanın Ştutqart Universiteti, Çin Xalq Respublikasının Şanxay Jiao Tong Universiteti, İspaniyanın Valyadolid Universiteti, Rusiyanın A.N. Frumkin adına Fiziki Kimya və Elektrokimya İnstitutu, ABŞ-ın Oklahoma Universitetindən də tezislər qəbul olunub.
Tehsil-press.az