SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) və bp şirkətinin birgə təşkil etdiyi “Mühəndislər üçün biznes təhsili” layihəsinin növbəti kursu yekunlaşıb. Layihənin məqsədi mühəndislik ixtisası üzrə təhsil alan tələbələrin liderlik və idarəetmə bacarıqlarının inkişaf etdirilməsi və karyera imkanlarının genişləndirilməsidir.
Təlimlərdə iştirak üçün ölkənin müxtəlif universitetlərindən daxil olan 351 müraciətdən proqramın meyarlarına uyğun olan 72 tələbə seçilib. Kursun başa çatması ilə bağlı keçirilən tədbirdə BANM-in rektoru Elmar Qasımov, bp şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli və kursu uğurla başa vuran tələbələr iştirak ediblər. Layihənin uğurla tamamlandığını və əldə edilən nəticələrin yüksək olduğunu bildirən rektor Elmar Qasımov 2018-ci ildən etibarən davam edən layihədən 600-dən artıq tələbənin faydalandığını vurğulayıb. O, tələbələri təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Bp şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli isə layihənin yaranma səbəbindən bəhs edib. Gənclər üçün dönüş nöqtəsi olduğunu,eləcə də gələcək karyeralarında böyük rol oynayacağını bildirib.
Qeyd edək ki, təlimdə Bakı Ali Neft Məktəbi ilə yanaşı, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), Azərbaycan Texniki Universiteti (AZTU), Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU), Bakı Mühəndislik Universiteti (BMU), Azərbaycan-Fransız Universiteti (UFAZ) və Milli Aviasiya Akademiyasının (MAA) tələbələri də iştirak ediblər.
Sonda təlimləri uğurla bitirən gənclərə Bakı Ali Neft Məktəbi və bp-nin birgə sertifikatları təqdim olunub.
Tehsil-press.az