BDU-da bu qrup ləğv olunur

BDU-da bu qrup ləğv olunur Növbəti tədris ili üçün Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsində SABAH qruplarına qəbul aparılmayacaq.

Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, Hüquqşünaslıq fakültəsinin SABAH qruplarına qəbulun yalnız Qarabağ Universitetində aparılması nəzərdə tutulub. Eyni zamanda, bildirilib ki, BDU-da digər ixtisaslar üzrə SABAH qrupları fəaliyyətini davam etdirəcək.

Xatırladaq ki, 2024-2025-ci tədris ilində Qarabağ Universitetinin bakalavriat səviyyəsində SABAH qruplarına tələbə qəbulu aparılacaq ixtisaslar aşağıdakılardır:

Azərbaycan dili və ədəbiyyatı müəllimliyi

İbtidai sinif müəllimliyi

Hüquqşünaslıq

Maliyyə

Riyaziyyat müəllimliyi

Xarici dil müəllimliyi (ingilis dili)

Beynəlxalq münasibətlər

Mühasibat

Tehsil-press.az

Oxşar xəbərlər