Bu il Bakı Dövlət Universitetinin “SABAH” qruplarına 409 tələbə qəbul olunub

Bu il Bakı Dövlət Universitetinin “SABAH” qruplarına 409 tələbə qəbul olunub Bakı Dövlət Universitetinin (BDU) “SABAH” qruplarına (II kursa) 2023-2024-cü tədris ilində 409 tələbə qəbul olunub.
BDU-nun “SABAH” qruplarına qəbul olunan tələbələr müxtəlif ixtisaslar üzrə (11 ixtisas - Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, Biotexnologiya, Biologiya müəllimliyi, Coğrafiya müəllimliyi, Fizika müəllimliyi, Hüquqşünaslıq, Kimya müəllimliyi, Kompüter elmləri, Riyaziyyat müəllimliyi, Psixologiya, Tarix müəllimliyi) təhsil alacaqlar.
Qeyd edək ki, universitetdə təhsilin müasirləşdirilməsi, elm və təhsilin inkişafı, yüksəkixtisaslı mütəxəssislərin hazırlanması istiqamətində mühüm tədbirlər həyata keçirilir.

Tehsil-press.az



Oxşar xəbərlər