Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti, Elm və Təhsil Nazirliyi Botanika İnstitutu və Azərbaycan Botaniklər Cəmiyyəti İctimai Birliyinin birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr edilən konfransın açılış tədbiri Nəbatət bağında baş tutub.
Tədbirdə çıxış edən ali təhsil müəssisəsinin rektoru Elbrus İsayev qonaqları və iştirakçıları salamlayaraq Azərbaycan üçün 2024-cü ilin ən mühüm hadisəsi olaraq bu il ölkəmizin COP29-a ev sahibliyi edəcəyini bildirib. Rektor Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin Azərbaycanda həm də “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyini diqqətə çatdırıb.
Elbrus İsayev qeyd edib ki, dünyanın ən mötəbər tədbirlərindən biri olan COP29-un ölkəmizdə keçirilməsi siyasi və digər istiqamətlərlə yanaşı, Azərbaycanın iqtisadi və turizm cəhətdən də daha geniş inkişafına töhfə verəcək.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun baş direktoru, professor Səyyarə İbadullayeva çıxışında qeyd edib ki, ölkəmizin təbii zənginliklərinin dövlət səviyyəsində mühafizə edilməsi işi XX əsrin ikinci yarısından etibarən sistemli şəkildə həyata keçirilib. Azərbaycanda təbii sərvətlərin qorunması, yaşıllaşdırma proqramlarının gerçəkləşdirilməsi sahəsində əhəmiyyətli addımlar atılıb.
Səyyarə İbadullayeva vurğulayıb ki, biomüxtəlifliyin qorunması və davamlı istifadəsinin XXI əsrin ən mühüm və qlobal problemlərindən olmaqla, dövlətin həllini vacib hesab etdiyi prioritet məsələlərdəndir.
Konfransda AMEA-nın müxbir üzvü, Tibb fakültəsinin Əczaçılıq və
biokimya kafedrasının professoru Tariyel Talıbov, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru İbrahim Cəfərov, biologiya elmləri doktoru, professor Eldar Novruzov, Naxçıvan Dövlət Universitetinin prorektoru, biologiya üzrə fəlsəfə doktoru Elsevər Əsədov, biologiya elmləri doktoru, dosent İsmayıl Məmmədov və biologiya üzrə fəlsəfə doktoru, dosent Samirə Bağırova çıxış ediblər.
Məruzələrdən sonra Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun təşkil etdiyi kitab sərgisinə baxış olub.
Daha sonra Naxçıvan Dövlət Universiteti ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Botanika İnstitutu arasında birgə əməkdaşlığa dair
memorandum imzalanıb.
Konfransın plenar iclasının sonunda qarşılıqlı hədiyyələr təqdim olunub.
Elmi-praktiki konfransının plenar iclasına Naxçıvan Dövlət Universiteti Musiqi Kollecinin Harmoniya ansamblının möhtəşəm musiqi nömrələri ilə yekun vurulub.
Qeyd edə ki, konfrans 2 gün ərzində 8 bölmədə öz işini davam etdirəcək.
Tehsil-press.az